Dünya
Ötən il qlobal borc rekord həddə çatıb
2025-ci ildə qlobal borcun həcmi dövlətlərin, ev təsərrüfatlarının, maliyyə və qeyri-maliyyə şirkətlərinin öhdəlikləri daxil olmaqla 29 trilyon dollar artaraq 348.3 trilyon dollara çatıb və tarixi rekord yenilənib. Oxu.Az "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) məlumat yayıb. Bildirilir ki, bu artım əsasən suveren borcların yüksəlməsi ilə bağlı olub. Artımın 10 trilyon dollardan çoxu məhz dövlət öhdəliklərinin payına düşüb. Bu artımın təxminən dörddə üçü isə ABŞ, Çin və avrozonaya daxil olan ölkələrin payına düşüb. Hazırda qlobal borcun artımı daha çox dünyanın ən böyük iqtisadiyyatlarında davam edən büdcə kəsirləri ilə əlaqədardır.
Mənbə
oxu.az