Digər
Tramp saxta xəbərlərinin qurbanı olub - Arakçı
İran yerli raketlərin hazırlanması zamanı onların uçuş məsafəsini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırıb.
Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı ABŞ Prezidenti Donald Trampın İranın ABŞ-a çata biləcək yeni raketlərinin olduğu barədə açıqlamasını şərh edərkən deyib.
“Hazırda Tramp özü saxta xəbərlərin qurbanına çevrilib. Biz bu cür raketlər hazırlamırıq. Biz raketlərimizin mənzilini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırmışıq. Bu yalnız özünümüdafiə üçündür”, - Arakçı qeyd edib.
Mənbə
axar.az