Digər
Meksikada iğtişaşlar: ölənlərin sayı artdı
Meksikanın uzun müddət axtarışda olan narkobaronlarından biri El Mençonun öldürülməsindən sonra ölkədə baş verən toqquşmalarda 73 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuç məlumat yayıb.
Bildirilib ki, iğtişaşlarda 25 təhlükəsizlik işçisi də daxil olmaqla, ümumilikdə 73 nəfər həyatını itirib.
Məlumata görə, əsas magistral yollarda nəqliyyatın hərəkəti bərpa olunub. Təhlükəsizlik qüvvələri bəzi ərazilərdə nəzarəti ələ keçirib və ölkə daxilində həyat normal axarına qayıtmağa başlayıb.
Mənbə
axar.az