Digər

İran ABŞ və İsraili yenə hədələdi: Yenicə başlamışıq...

17 May 2026, 01:35 2 baxış
İran ABŞ və İsraili yenə hədələdi: Yenicə başlamışıq...

ABŞ və İsrailin İranla 40 günlük müharibə zamanı sərf etdikləri raket və bomba ehtiyatlarını bərpa etməsi İslam Respublikasından fərqli olaraq asan olmayacaq.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik üzrə komitəsinin üzvü İsmayıl Kosari deyib.


“Rəqib bu 40 gün ərzində bacardığı hər şeyi etdi. Onların itirilmiş bomba və raket ehtiyatlarını bərpa etməsi asan deyil, amma biz öz ehtiyatlarımızı rahatlıqla kompensasiya edə bilərik”, – o söyləyib.


Kosari vurğulayıb ki, İranın rəqibləri İslam Respublikasının hansı imkanlara malik olduğunu bilmirlər:


“Düşmənlər bomba ata və raket buraxa bilərlər, lakin İran xalqı istənilən təhdidə qarşı durmağa hazırdır. Biz hələ yenicə başlamışıq və düşmən öz hərəkətlərinə görə peşman olacaq”.

Mənbə axar.az

Oxşar Xəbərlər