Bu ölkədə 42 şagird qaçırıldı
Nigeriyanın şimal-şərqində silahlı şəxslər 42 məktəblini qaçırıblar.
Axar.az xəbər verir ki, bu barədə Borno ştatının qanunverici şurasının nümayəndsi Məhəmməd Əli Numi məlumat verib.
Onun sözlərinə görə, qaçırılma hadisəsi ölkənin şimal-şərqində, Sambisa meşəsinin yaxınlığında yerləşən Musa kəndindəki ibtidai məktəbdə baş verib.
Yerli sakinlərin məlumatına görə isə girov götürülənlərin sayı 48 nəfərdir. Məlumata görə, hadisə cümə günü Nigeriya hərbi qüvvələrinin ərazidən geri çəkilməsindən dərhal sonra baş verib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Nigeriya son 17 ildə terror qruplaşmalarına qarşı mübarizə aparır. Bu qruplar hərbi taktika kimi tez-tez kütləvi adam oğurluqlarından istifadə edirlər.