Dünya

Danimarkada tapılan ölü balina "Timmi" imiş

17 May 2026, 07:42 3 baxış
Danimarkada tapılan ölü balina "Timmi" imiş
Danimarkanın Anholt adası yaxınlığında tapılan ölü balinanın "Timmi" adlı qozbel balina olduğu müəyyən edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" Danimarkanın Ətraf Mühitin Mühafizəsi Agentliyinə istinadən məlumat yayıb. Məlumata görə, mütəxəssislər balinanın bel üzgəcində aşkar olunan izləyici vasitəsilə onun məhz "Timmi" olduğunu müəyyənləşdiriblər. Təxminən 15 ton çəkisi olan məməlinin identifikasiyası üçün dalğıclar və baytarlar onun cəsədinin alt hissəsinə yaxınlaşmalı olublar. "Timmi" daha əvvəl Almaniya sahillərindəki Vismar körfəzində dayazlıqda ilişib qalmışdı. Balina bir neçə həftə həmin ərazidən çıxa bilməsə də, suyun səviyyəsinin qalxmasından sonra müstəqil şəkildə açıq dənizə üzə bilmişdi.
Danimarkada tapılan ölü balina "Timmi" imiş
Mənbə oxu.az

Oxşar Xəbərlər