İdman
"Bavariya" Avropanın TOP-5 liqasında mövsüm ərzində vurulan qol rekordunu yeniləyib
Münhenin "Bavariya" futbol klubu XXI əsrdə Avropanın aparıcı beş çempionatında bir mövsümdə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Münhen təmsilçisi Almaniya Bundesliqasının son turunda "Köln" üzərində 5:1 hesablı qələbə qazanıb. Bununla da komanda 34 tur ərzində vurduğu qolların sayını 122-yə çatdırıb. Avropanın TOP-5 liqasına İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatları daxildir. Bundan əvvəl XXI əsrin ən yaxşı göstəricisi 2011/2012 mövsümündə "Real Madrid" tərəfindən qeydə alınmışdı. Madrid klubu həmin mövsüm 38 oyunda 121 qol vurmuşdu. Ümumilikdə isə "Bavariya" Avropanın aparıcı beş liqasında 1947/1948 mövsümündə 40 oyunda 125 qol vuran "Torino"dan sonra ən yüksək nəticəni göstərib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər