Dünya
KİV: Britaniyada sehrli güclərə malik olduğunu deyən imam ona inanan qızlara təcavüz edib
London icmasından olan 54 yaşlı keçmiş imam dindarlara qarşı zorakılığa görə ömürlük həbs cəzasına məhkum edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "NDTV World" telekanalı məlumat verib. Nəşrin məlumatına görə, şübhəli qəsdən ona hörmət duyulan və bütün sözlərinə etibar edilən çevrələrdən qızları seçib. O, zərərçəkənlərlə gizli yerlərdə və ya onların evlərində görüşüb. "Ritual" zamanı o, özünü içinə cin girmiş və ya ruh kimi aparıb və sonradan onlara təcavüz edib. Onlar inanırdılar ki, əgər kimsə imamın mənəvi gücünün təzahürü olduğuna inandıqları zorakılıqdan xəbər tutarsa, onlara "qara magiya" (qara sehr) vasitəsilə zərər veriləcək. Sözügedən şəxsin əlindən ümumilikdə 21 nəfər zərər çəkib, ən kiçik qızın isə 12 yaşı olub. Hüquq-mühafizə orqanları kişinin cinayətləri barədə yalnız 2018-ci ildə qızlardan biri məktəbdə müəllimə zorakılıq barədə məlumat verdikdən sonra xəbər tutublar. İmam özü isə iddia edirdi ki, zərərçəkənlər öz hekayələrini qisas məqsədilə uydurublar. Kişi ömürlük həbs cəzasına məhkum edilib. O, yalnız 20 ildən sonra vaxtından əvvəl azadlığa buraxılma barədə müraciət edə bilər.
Mənbə
oxu.az