Digər

Məşhur amerikalı aktyor intihar etdi

24 Feb 2026, 12:31 2 baxış
Məşhur amerikalı aktyor intihar etdi

Məşhur amerikalı aktyor Robert Karradayn intihar edərək həyatına son qoyub.


Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.


Bildirilib ki, 71 yaşlı aktyor 20 il psixi pozğunluqla mübarizə aparıb.


Qeyd edək ki, Karradayn kino karyerasına uşaq aktyor kimi başlayıb və 1972-ci ildə Con Uayne ilə birlikdə “Kovboylar” filmində debüt edib. Daha sonra “Evə gəlmək” və Martin Scorsesenin “Ara küçələr” filmlərində rol alıb, lakin ona əsas şöhrəti “Nerdlərin qisası” qazandırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər