Digər
İran ordusunun helikopteri qəzaya uğradı: ölənlər var - Video
İran ordusunun helikopteri qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, helikopter İsfahan əyalətinin Xomeynişəhr rayonuna bağlı Dorçe şəhərindəki meyvə-tərəvəz bazarının ərazisinə düşüb.
Qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Hadisənin texniki nasazlıq nəticəsində baş verdiyi vurğulanıb.
Mənbə
axar.az