Digər

Slovakiya elektriki kəsdi, Ukraynadan cavab gəldi

24 Feb 2026, 08:30 2 baxış
Slovakiya elektriki kəsdi, Ukraynadan cavab gəldi

Slovakiyanın fövqəladə elektrik enerjisi tədarükünü dayandrması Ukraynanın enerji sistemindəki vəziyyətə heç bir təsir göstərməyəcək.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenerqo” şirkətinin mətbuat xidməti məlumat yayıb.


“Ukrayna sonuncu dəfə Slovakiyaya fövqəladə yardım üçün bir ay əvvəl və çox məhdud həcmdə müraciət edib. Ümumilikdə, Slovakiya istiqamətindən Ukraynanın birləşdirilmiş enerji sisteminə fövqəladə yardım kifayət qədər nadir hallarda daxil olub. Söhbət qısamüddətli tədarüklərdən gedir”, – deyə şirkət bildirib.


Şirkət həmçinin qeyd edib ki, qarşılıqlı fövqəladə yardımın göstərilməsi ilə bağlı müqavilənin Slovakiyanın sistem operatoru – SEPS tərəfindən birtərəfli qaydada dayandırılması barədə rəsmi sənədlər hələ ki, “Ukrenerqo”ya daxil olmayıb.


Qeyd edək ki, ötən gün Slovakiya Baş naziri Robert Fitso Ukraynaya elektrik enerjisi tədarükünün dayandırıldığını və Ukraynadan “Drujba” neft kəməri ilə tədarükün bərpa edilməyəcəyi təqdirdə, geri addım atmayacağını bəyan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər