İdman

Ronaldinyo: "Futbol matçlarına baxmağı xoşlamıram"

24 Feb 2026, 03:12 1 baxış
Ronaldinyo: "Futbol matçlarına baxmağı xoşlamıram"
"Barselona" futbol klubunun və Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo maraqlı etiraf edib. O, futbol matçlarını izləməkdən övq almadığını bildirib. Oxu.Az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mənə yalnız oyunun mühüm anları maraqlıdır, 90 dəqiqə çox uzundur. Əgər bu, final və ya derbi deyilsə, qalan bütün hallarda bu, mənim xoşuma gəlmir. Mən əsəbiləşməyə başlayıram. Düşünürsən ki, bu adam belə bir ötürməni necə qaçıra bilər və bu, məni qıcıqlandırır", - deyə Ronaldinyo Los-Ancelesdə "Real Madrid" və "Barselona" əfsanələrinin oyunundan (1:1) əvvəl bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər