İdman

Türkiyə Super Liqasında yeni mövsüm həyəcanı: "Qalatasaray" doğma meydanda debütantı qəbul edir

14 Aug 2026, 11:00 3 baxış
Türkiyə Super Liqasında yeni mövsüm həyəcanı: "Qalatasaray" doğma meydanda debütantı qəbul edir
Futbol üzrə Türkiyə Super Liqasının yeni mövsümü bu gün start götürür. Oxu.Az xəbər verir ki, yeni mövsümün açılış matçında saat 22:30-da "Qalatasaray" evində debütant "Çorum"u qəbul edəcək. Super Liqanın birinci turunda sabah "Trabzonspor" səfərdə Kasımpaşa, "Fənərbağça" isə "Gənclərbirliyi" ilə qarşılaşacaq. Növbəti oyun günündə "Beşiktaş" doğma meydanda "Eyüpspor"u qəbul edəcək. Tura avqustun 17-də "Samsunspor" - "Göztəpə" oyunu ilə yekun vurulacaq. Xatırladaq ki, Super Liqanın son çempionu "Qalatasaray" klubudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər