Digər

Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərir

14 Aug 2026, 14:40 2 baxış
Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərir

Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya daha 50 min əsgər göndərə bilər.


Axar.az xəbər verir ki, bu barədə “Döyçü Velle” məlumat yayıb.


Məlumata görə, Şimali Koreya qoşunları Kursk, Bryansk və Belqorod bölgələrinə göndəriləcək. Onlar Rusiya qoşunlarının Ukraynaya yerləşdirilməsi üçün cəbhə xəttini saxlayacaqlar.


Bununla yanaşı, Pxenyan Rusiyaya mühəndislər, inşaatçılar və qadın tibb işçiləri də göndərməyi planlaşdırır.


Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Şimali Koreyadan 30 min əsgər istədiyini və artıq onların gəlişi üçün hazırlıqlara başlanıldığını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər