Digər

ABŞ-da Putinin Kuril səfərinə etiraz: İmkan verməyəcəyik!

14 Aug 2026, 14:56 2 baxış
ABŞ-da Putinin Kuril səfərinə etiraz: İmkan verməyəcəyik!

ABŞ Yaponiyanın Kuril adaları üzərində suverenliyini tanıyır.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass deyib.


“ABŞ ən vacib müttəfiqinə dəstəyini qətiyyətlə davam etdirir və Yaponiyanın şimal əraziləri üzərində suverenliyini tanıyır. ABŞ-Yaponiya ittifaqı Hind-Sakit Okean bölgəsində rifahı təşviq etməyə çalışır və buna görə də Vaşinqton sülh və sabitliyi pozan hərəkətlərə imkan verməyəcək”, - səfir bildirib.


Qeyd edək ki, Yaponiya Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının mübahisəli İturup adasına səfərini qınamış və etiraz bəyanatları səsləndirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər