Cəmiyyət

Sonsuzluqla bağlı hansı yanlış inanclar var? - AÇIQLAMA

14 Aug 2026, 14:36 2 baxış
Sonsuzluqla bağlı hansı yanlış inanclar var? - AÇIQLAMA
"Sonsuzluq və cinsi aktivliklə bağlı yayılan yanlış inanclar çox vaxt gec diaqnoz və düzgün olmayan qərarlarla nəticələnir. Ən geniş yayılmış fikirlərdən biri reproduktiv qabiliyyətin yalnız müəyyən yaşda birdən-birə azalmasıdır, halbuki bu proses tədricən gedir". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının mama-ginekoloqu Afət Ərəbova bildirib. O qeyd edib ki, digər yanlış təsəvvür menstrual siklin nizamlı olmasının tam reproduktiv sağlamlıq göstəricisi hesab edilməsidir: "Əslində ovulyasiya pozğunluqları zahirən normal menstrual sikllərdə də mövcud ola bilər. Cəmiyyətdə sonsuzluğun əsasən qadınla əlaqələndirilməsi də yanlışdır, çünki kişi faktoru da eyni dərəcədə rol oynayır. Bəzi insanlar düşünürlər ki, cinsi aktivliyin tezliyi avtomatik olaraq hamilə qalma ehtimalını artırır, lakin zamanlama və bioloji faktorlar daha həlledicidir. Həmçinin qorunma üsullarının uzunmüddətli istifadəsinin sonsuzluğa səbəb olduğu fikri elmi əsaslara söykənmir. Digər bir yanlış inanc həyat tərzi dəyişikliklərinin bütün problemləri qısa müddətdə həll edə biləcəyidir. Halbuki bəzi hallar hormonal, genetik və ya anatomik səbəblərlə bağlı olur və tibbi müdaxilə tələb edir. Bu kimi yanlış təsəvvürlər məlumatlı yanaşmanı gecikdirərək müalicə imkanlarını məhdudlaşdıra bilər".
Mənbə oxu.az

Oxşar Xəbərlər