Cəmiyyət
TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan
TRİPP layihəsində hər hansı başqa dövlətin təhlükəsizlik qüvvələri iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.
Onun sözlərinə görə, TRİPP infrastruktur layihəsidir, ərazi deyil:
“TRİPP həmçinin suveren hərbi baza da deyil. Ümumilikdə, TRİPP-də hər hansı başqa dövlətin təhlükəsizlik qüvvələri olmayacaq. Razılaşmadan da göründüyü kimi, təhlükəsizliyin təmin edilməsinə görə bütün məsuliyyət Ermənistanın və müvafiq qurumlarının üzərinə düşür”.
Mənbə
axar.az