Digər
Əhaliyə yardım aparan helikopter qəzaya uğradı: ən azı 15 ölü
Peruda Mi-17 hərbi helikopteri qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, radarlardan itən helikopterin qalıqları Çala-Vyexo yaşayış məntəqəsi ərazisində tapılıb. Qəza nəticəsində ən azı 15 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, helikopter daşqınlarda zərər çəkmiş əhaliyə yardım aparırdı.
Mənbə
axar.az