Digər
Trampın nümayəndələri İran üçün Cenevrəyə gəlir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Prezidentin kürəkəni Cared Kuşner bu həftə İranla danışıqlar üçün Cenevrəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, ABŞ bir yandan da Yaxın Şərqə aviadaşıyıcılarını, qırıcı və yanacaqdolduran təyyarələrini göndərir.
Xatırladaq ki, ABŞ və İran arasında danışıqların 26 fevralda baş tutacağı gözlənilir.
Mənbə
axar.az