Digər
“Poseydon” yenə İranı izləyir: 4 saat dövrə vurdu
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Boinq P-8A Poseydon” sualtı qayıq əleyhinə kəşfiyyat təyyarəsi İran sərhədi yaxınlığında, Hörmüz boğazı üzərində yenidən müşahidə olunub.
Axar.az xəbər verir ki, İran sərhədləri yaxınlığında müntəzəm olaraq uçuşlar həyata keçirən kəşfiyyat təyyarəsi Bəhreyndən UTC vaxtı ilə 14:18-də havaya qalxıb və təxminən dörd saat Hörmüz boğazı ətrafında dövrə vurub.
Qeyd edək ki, ABŞ İran ətrafına çoxsaylı qüvvə və hərbi texnika toplayıb.
Mənbə
axar.az