Dünya

ABŞ və İran arasında yeni danışıqların tarixi açıqlandı

22 Feb 2026, 14:24 2 baxış
ABŞ və İran arasında yeni danışıqların tarixi açıqlandı
İran öz neft və mineral resursları üzərində nəzarəti ABŞ-yə verməyəcək. Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyinə İranın yüksəkvəzifəli məmuru məlumat verib. Onun sözlərinə görə, sanksiyaların ləğvi şərtləri ilə bağlı tərəflərin mövqeləri fərqli olaraq qalır. "Danışıqların bərpası martın əvvəlinə planlaşdırılıb", - deyə agentliyin həmsöhbəti əlavə edib. O vurğulayıb ki, təmaslar aralıq razılaşmaya gətirib çıxara bilər. Xatırladaq ki, fevralın 17-də Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında məsləhətləşmələrin ikinci raundu başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər