Dünya

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - Video

04 Oct 2026, 21:24 4 baxış
Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - Video
Çində Milli Gün münasibətilə başlayan yeddigünlük "Qızıl həftə" tətili ölkə yollarında böyük tıxaca səbəb olub. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 1.4 milyard əhalisi olan ölkədə milyonlarla insan tətil günlərini keçirmək üçün yollara çıxıb.

Oktyabrın 1-dən başlayan və ayın 7-dək davam edəcək tətil ölkə üzrə səyahət intensivliyini kəskin artırıb. İnsanların doğma şəhərlərinə və istirahət bölgələrinə getməsi ilə magistral yollar avtomobillərlə dolub. Havadan çəkilən görüntülərdə avtomobil işıqlarının gecə saatlarında magistralları kilometrlərlə uzanan "işıq çayına" çevirdiyi görünür. Ödəniş məntəqələrinin qarşısında isə onlarla zolağa yayılan avtomobil sıraları yaranıb. Çində oktyabrın ilk həftəsi ilin ən intensiv səyahət dövrlərindən biri hesab olunur. Milli Gün 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının yaradılmasının elan edilməsinin ildönümü ilə əlaqədardır.
{{gallery}}
Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - Video Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - Video Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - Video Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - Video Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər