Dünya
Fransada məktəblilərin etirazları səngimir: Yeni aksiyalar elan olundu
Fransada lisey şagirdlərinin etirazları fonunda 24 təhsil müəssisəsi yandırılıb və ya dağıdılıb. Oxu.Az "Le Figaro"ya istinadən xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduar Jefre məlumat verib. Nazirin sözlərinə görə, ötən həftə etirazların təsirinə məruz qalan 400-500 məktəbdə dərslər dayandırılıb. Etirazlar başlayandan bəri təhsil sisteminin 78 əməkdaşı xəsarət alıb. Fransada müəllim çatışmazlığı, məktəb binalarının baxımsız vəziyyəti, dərs yükünün çoxluğu və təhsil sahəsinə daha çox vəsait ayrılması tələbi ilə keçirilən etirazlar ötən ay Paris regionunda başlayıb və sonradan ölkə üzrə yayılıb. Həftə ərzində 5 mindən çox insan saxlanılıb. Etirazçıların aksiyaları oktyabrın 6-da, çərşənbə axşamı günü yenidən davam etdirməyi planlaşdırdıqları bildirilir.
Mənbə
oxu.az