Digər
Rusiyanın neft emalı gücünün 51 faizi sıradan çıxarıldı
Rusiyanın neft emalı gücünün 51 faizi sıradan çıxarılıb və bu da işğalçı ölkənin hərbi və iqtisadi potensialını əhəmiyyətli dərəcədə zəiflədir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Yevgeni Xmara deyib.
O bildirib ki, Moskva, Yaroslavl və Perm, eləcə də Ust-Luqa, İlski, Saratov, Sızran və digər neft emalı zavodları bu yaxınlarda hücuma məruz qalıb:
“Ukrayna əməliyyatlarının təsiri nəzərəçarpacaq nəticələr verir. Rusiyanın dərinliklərindəki hədəfləri vura bilən uzunmənzilli hücum dronları Müdafiə Nazirliyinin əsas prioriteti olaraq qalır”, - deyə o bildirib.
Mənbə
axar.az