Dünya
İranda nazir istefa verdi
İranın neft naziri Möhsün Paknejad istefa verib, onun səlahiyyətlərini müvəqqəti olaraq Milli İran Neft Şirkətinin rəhbəri Həmid Bord icra edəcək. Oxu.Az xəbər verir ki, bu barədə İran prezident administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Məhəmməd Mehdi Təbətəbai "X" hesabında məlumat verib. Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian Paknejadın istefasını qəbul edib və Həmid Bordu neft naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib.
Mənbə
oxu.az