İdman

Almaniya millisi Yunanıstanın öhdəsindən gələ bilmədi, Niderlanddan qələbə - Video

05 Oct 2026, 00:48 3 baxış
Almaniya millisi Yunanıstanın öhdəsindən gələ bilmədi, Niderlanddan qələbə - Video
UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində Niderland Serbiyanı məğlub edib, Almaniya isə Yunanıstanla heç-heçə edib. Oxu.Az xəbər verir ki, Niderland millisi doğma meydanda Serbiya yığmasını 2:1 hesabı ilə üstələyib.

Eyndhoven şəhərində keçirilən qarşılaşmada meydan sahibləri 31-ci dəqiqədə Tön Kopmeynersin qolu ilə hesabı açıblar. Serbiya cəmi dörd dəqiqə sonra Mixaylo Tsvetkoviçin qolu ilə hesabı bərabərləşdirib. Niderlandın hücumçusu Coşua Zirkze 72-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub. Bu nəticədən sonra Niderland 8 xalla A qrupunun 2-ci qrupunda liderliyini qoruyub. Serbiya isə 0 xalla sonuncu pillədədir. Qrupun digər qarşılaşmasında Almaniya səfərdə Yunanıstanla 0:0 hesablı heç-heçə edib. Beləliklə, Almaniya 4 turdan sonra 5 xal toplayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər