Dünya

KİV: ABŞ-nin İrana hücumu uzunmüddətli münaqişəyə çevrilə bilər

21 Feb 2026, 23:36 2 baxış
KİV: ABŞ-nin İrana hücumu uzunmüddətli münaqişəyə çevrilə bilər
ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi uzunmüddətli və mürəkkəb münaqişəyə çevrilə bilər və bu, ABŞ-nin Venesuelanın keçmiş prezidenti Nikolas Maduronu ələ keçirməsi əməliyyatından daha çətin olacaq. Oxu.Az xəbər verir ki, məlumatı "New York Times" ekspertlərə istinadən yayıb. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl İrana məhdud hücumlar edib‑etməyəcəyi barədə suala cavab verərkən, bu variantı nəzərdən keçirdiyini bildirib. Nəşr yazır ki, Trampın İran hökumətinə qarşı müxtəlif tədbirlər planını nəzərdən keçirməsi zamanı ekspertlər xəbərdarlıq ediblər ki, bu hücum ABŞ-ni uzunmüddətli münaqişəyə cəlb edə bilər. Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər