Dünya

İran Hörmüz boğazında zenit raketini sınaqdan keçirib

21 Feb 2026, 21:24 2 baxış
İran Hörmüz boğazında zenit raketini sınaqdan keçirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən genişmiqyaslı təlimlər zamanı "Səyyad-3" zenit raketinin dəniz versiyasını sınaqdan keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb. "İranın uzunmənzilli "Səyyad-3G" zenit raketinin dəniz versiyası SEPAH tərəfindən keçirilən hərbi təlimlər zamanı ilk dəfə uğurla sınaqdan keçirilib", - məlumatda deyilir. Agentlik raketin "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimi zamanı "Şəhid Səyyad Şirazi" hərbi gəmisindən atıldığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər