Dünya

Tailandda ölümcül virus: Zooparkda onlarla pələng tələf oldu

21 Feb 2026, 20:24 2 baxış
Tailandda ölümcül virus: Zooparkda onlarla pələng tələf oldu
Son həftələrdə Tailandın şimalındakı zooparkda azı 72 pələng tələf ölüb. Oxu.Az xəbər verir ki, bu barədə "Yahoo" məlumat yayıb. Çianq-May əyalətinin heyvandarlıq departamenti bildirib ki, testlər yüksək yoluxucu it taunu virusunun, eləcə də heyvanların tənəffüs sistemlərinə təsir edən bakteriyaların mövcudluğunu təsdiqləyib. Qeyd edək ki, Asiyada "Nipah" virusunun ölümcül epidemiyaları qeydə alınıb. Mütəxəssislər qeyd edirlər ki, virus yarasalardan heyvanlara, daha sonra isə birbaşa təmas yolu ilə insanlara ötürülür.
Mənbə oxu.az

Oxşar Xəbərlər