Dünya
Qırğızıstanda birbaşa prezidentə tabe olan İstintaq Komitəsi yaradılır
Qırğızıstanda yaxın zamanda İstintaq Komitəsi yaradılacaq. Oxu.Az-ın xəbərinə görə, bu barədə Prezident Sadır Japarov Bişkekdə "Kabar" dövlət xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib. "Bütün istintaq araşdırmaları ona (İstintaq Komitəsinə - red.) veriləcək", - deyə o bildirib. Baş Prokurorluq, eləcə də Hərbi Prokurorluq ölkədə qanunlara riayət olunmasına nəzarəti davam etdirəcəklər. Japarovun sözlərinə görə, yeni struktur birbaşa dövlət başçısına tabe olacaq, ona hesabat verəcək. O hesab edir ki, Qırğızıstanda İstintaq Komitəsinin yaradılması ölkədə insan hüquqlarının daha effektiv qorunmasına imkan verəcək.
Mənbə
oxu.az