Dünya

ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirdi: Ölənlər var - VİDEO

21 Feb 2026, 11:34 2 baxış
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirdi: Ölənlər var - VİDEO
ABŞ Sakit okeanın şərqində narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən gəmiyə zərbə endirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı öz "X" hesabında məlumat verib.
"Kəşfiyyat təsdiqlədi ki, gəmi Sakit okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edirdi və narkotik qaçaqmalçılığı üçün istifadə edilirdi", - deyə məlumatda bildirilib. Qeyd edildiyi kimi, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçilərindən xəsarət alan almayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər