İdman
UEFA Konfrans Liqası: "Samsunspor" və "Fiorentina" səfərdə qalib gəliblər - VİDEO
UEFA Konfrans Liqasının pley-off mərhələsinə start verilib. Oxu.Az xəbər verir ki, pley-off mərhələsinin ilk səkkiz oyunu baş tutub. Maraqla gözlənilən qarşılaşmalardan biri "Şkendiya" (Şimali Makedoniya) və "Samsunspor" (Türkiyə) komandaları arasında keçirilib. "Samsunspor" görüşdən minimal hesablı qələbə ilə ayrılıb - 0:1.
İtaliya A Seriyasında turnir cədvəlinin son pillələrində qərarlaşan "Fiorentina" isə Polşada "Yagelloniya"nın qonağı olub. İtalyanlar rəqibinə heç bir şans verməyərək 0:3 hesabı ilə qalib gəliblər. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "KuPS" (Finlandiya) - "Lex" (Polşa) - 0:2; "Noa" (Ermənistan) - "AZ Alkmaar" (Niderland) - 1:0; "Siqma Olomouts" (Çexiya) - "Lozanna (İsveçrə) - 1:1; "Zrinski" (Bosniya və Herseqovina) - "Kristal Pelas" (İngiltərə) - 1:1; "Drita" (Kosovo) - "Selye" (Sloveniya) - 2:3; "Omoniya" (Kipr) - "Riyeka" (Xorvatiya) - 0:1.

Mənbə
oxu.az