İdman
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
"Nyukasl" futbol klubunun vingeri Entoni Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 24 yaşlı oyunçu ilk pley-off matçında səfərdə "Qarabağ"ın qapısına dörd qol vurub (1:6). İngiltərəli futbolçu səsvermədə Dezire Due (PSJ), Kasper Heq ("Budyo Qlimt") və Patrik Şiki ("Bayer Leverkuzen") qabaqlayıb.
Mənbə
oxu.az