İdman
Tarixdə ilk dəfə xizək alpinizmi üzrə Olimpiya çempionu müəyyənləşdi
İsveçrəli xizək alpinisti Marianna Fatton İtaliyada keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarında sprint yarışında Olimpiya çempionu olub. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. O, 2:59.77 dəqiqəlik nəticə göstərərək, Olimpiya Oyunlarında bu idman növü üzrə ilk qızıl medalı qazanıb. Fransalı Emili Arrop ikinci olub, bürüncü mükafatı isə ispaniyalı Ana Alonso Rodriges əldə edib.
Mənbə
oxu.az