İdman
Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb
Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb. Oxu.Az xəbər verir ki, 40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib. O, finalda Məhəmməd Muradlı ilə görüşəcək. A.Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədovla qarşılaşacaq. Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq. Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Mənbə
oxu.az