İdman

Məşqçi ilə qalamaqal yaşayan "Səbail"in kapitanı KOMANDADAN AYRILDI - 3 ay futbolsuz qalacaq

19 Feb 2026, 17:54 1 baxış
Məşqçi ilə qalamaqal yaşayan "Səbail"in kapitanı KOMANDADAN AYRILDI - 3 ay futbolsuz qalacaq
"Səbail" futbol klubunun kapitanı Yusif Nəbiyev komandadan qarşılıqlı razılıq əsasında ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçu "Report"a açıqlama verib. O, baş məşqçi Adil Şükürovla aralarında yaşanan qalmaqaldan danışıb: "Baş məşqçi Adil Şükürovla aramızda olan məsələdə özümü günahkar sayıram. MOİK-lə matçda əvəz olunmaq istəmədim. Lakin bunun üçün özümə görə səbəblərim var idi. Mən "Şəfa" ilə çempionluq uğrunda matçda zədəli halda meydana çıxdım, əziyyət çəkdim. Belə bir görüşdə meydanı tərk etmək istəmirdim. Çünki heç kimdən zəif oynamırdım. Lakin matçdan sonra baş verən bəzi hadisələrə görə vəziyyət dəyişdi. Detallara girmək istəmirəm. Az yaşım yoxdur, heç kim şəxsiyyətimi alçalda bilməz". O, komandadan ayrılmasına bu cür münasibət bildirib: "Komandadan uzaqlaşdırılmamışam. Bu, qarşılıqlı razılıq əsasında olub". Yusif Nəbiyev cari mövsümün sonuna qədər heç bir klubda çıxış edə bilməyəcəyini vurğulayıb: "Maya qədər futbolsuz qalacağam. Lakin fərdi olaraq məşqlərimi davam etdirəcəm. Futbolu dayandırmaq fikrim yoxdur". Futbolçu klub rəhbərliyi ilə münasibətinin yaxşı olduğunu söyləyib: "Rəhbərliklə münasibətimiz qaydasındadır. Hər halda, nə Adil Şükürov, nə də mən belə olmasını istəməzdik. Həyat davam edir, hər kəsə uğurlar arzu edirəm". Qeyd edək ki, Azərbaycan I Liqasının XV turunda keçirilən MOİK - "Səbail" matçının 60-cı dəqiqəsində baş məşqçi Adil Şükürov kapitan Yusif Nəbiyevi əvəzləmək istəsə də, futbolçu meydanı tərk etməkdən imtina edərək oyuna davam edib və bu da qalmaqala səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər