İdman
Azərbaycan millisində yeni məşqçi
Azərbaycanın futzal üzrə milli komandasının məşqçi heyətində yeni təyinat olub. Azərbaycan Futzal Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Fərid Ələkbərov baş məşqçiyə kömək edəcək. Qeyd edək ki, müxtəlif illərdə "Fener", "Neftçi" İK, EKOL, "Baku Fire", "Araz-Naxçıvan" klublarının, həmçinin millinin formasını geyinən 40 yaşlı F.Ələkbərov Azərbaycan çempionu və kubokunun qalibi olub.
Mənbə
oxu.az