İdman
Bəhlul Mustafazadə ilə bağlı PİS XƏBƏR
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib. Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsindən zədə müəyyən edilib: "Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək. İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir".
Mənbə
oxu.az