İdman

UEFA Çempionlar Liqası: "Nyukasl"ın Bakı səfəri və qırılan rekordlar

19 Feb 2026, 15:08 1 baxış
UEFA Çempionlar Liqası: "Nyukasl"ın Bakı səfəri və qırılan rekordlar
UEFA Çempionlar Liqasının (ÇL) pley-off turu çərçivəsində Bakıda baş tutan və "Qarabağ"ın 1:6 hesablı məğlubiyyəti ilə nəticələnən qarşılaşmada İngiltərənin "Nyukasl Yunayted" klubu bir çox tarixi nailiyyətlərə imza atıb. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb. Belə ki, İngiltərə təmsilçisi ÇL tarixində ilk dəfə bir matçda rəqib qapısından 6 top keçirib. Bununla yanaşı, komanda pley-off mərhələsində ilk hissəni 5:0 hesabı ilə tamamlayaraq, turnirin həlledici mərhələsi üçün rekord göstəricini təkrarlayıb. Bu nəticə əvvəllər yalnız 2015-ci ildə baş tutan "Bavariya" - "Portu" (6:1) oyununda qeydə alınmışdı. Görüşün əsas ulduzu Entoni Qordon olub. Futbolçu pley-off mərhələsində bir hissədə poker edən ilk oyunçu kimi tarixə düşüb. O, eyni zamanda "Nyukasl" tarixində bu turnirdə poker edən ilk futbolçudur. "Sağsağanlar" həm də son 30 ildə pley-off oyununda start heyətində meydana 7 ingilis oyunçu buraxan ilk İngiltərə klubu olub. Analoji hal sonuncu dəfə 1997/1998 mövsümündə "Mançester Yunayted" - "Monako" oyununda yaşanmışdı. İngiltərə klubunun Bakıya etdiyi 4 070 kilometrlik səfər, Çempionlar Liqası tarixində bir İngiltərə təmsilçisinin qət etdiyi ən uzaq məsafə kimi qeydə alınıb. Xatırladaq ki, "Nyukasl Yunayted" və "Qarabağ" arasındakı cavab qarşılaşması fevralın 25-nə təyin edilib. Cütün qalibi 1/8 final mərhələsində "Çelsi" və ya "Barselona" komandalarından biri ilə üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər