İdman

"Marsel" klubuna yeni baş məşqçi təyin edildi

19 Feb 2026, 14:56 1 baxış
"Marsel" klubuna yeni baş məşqçi təyin edildi
Seneqaləsilli mütəxəssis Həbib Beye Fransanın "Marsel" komandasının baş məşqçisi vəzifəsinə gətirilib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Marsel" Həbib Beyenin baş məşqçi postuna təyinatını elan etməkdən məmnunluq duyur. Həbib Beye Fransa futbolunda əvvəlcə döyüşkən və hörmətli futbolçu, sonradan isə iddialı və strateji düşüncəli məşqçi kimi özünəməxsus iz qoyub", - deyə klubun açıqlamasında qeyd olunub. Qeyd edək ki, 48 yaşlı Həbib Beyenin bundan əvvəlki iş yeri Fransanın "Renn" klubu olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər