İdman

Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

19 Feb 2026, 00:38 1 baxış
Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşüb.


Axar.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.


Sol cinah müdafiəçisi Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirilən ilk matçda fərqlənib. Elvin Cəfərquliyev 55-ci dəqiqədə rəqibin qapısına yol tapıb.


Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər