İdman

"Qarabağ"a dörd qol vuran oyunçu tarixə düşdü

18 Feb 2026, 23:56 1 baxış
"Qarabağ"a dörd qol vuran oyunçu tarixə düşdü

“Nyukasl”ın futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqası (ÇL) tarixinə düşüb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu rekord göstəriciyə Bakıda “Qarabağ”a qarşı keçirilən oyunda “poker” edərək nail olub.


O, matçın 3, 32, 34 və 45+1-ci dəqiqələrində fərqlənib.


Qordonun 33 dəqiqəyə vurduğu “het-trik” Çempionlar Liqasında ingilis futbolçular arasında ən sürətlisi kimi tarixə düşüb. O, ÇL-də “het-trik” edən üçüncü “Nyukasl” futbolçusu olmaqla yanaşı, bunu pley-off mərhələsində bacaran ilk oyunçu olub.


Bununla da Entoni Qordon turnirdə vurduğu qolların sayını 10-a çatdırıb.


Qeyd edək ki, hazırda davam edən oyunda hesab 6:1 qonaqların xeyrinədir.

Mənbə axar.az

Oxşar Xəbərlər