İdman
Qurban Qurbanov "Qalatasaray" - "Yuventus" matçından danışıb
"Qalatasaray"ı ürəkdən təbrik edirəm. Matçda həqiqi xarakter gördük. Yaxşı oyunla qazanılan qələbə çox yaxşıdır". Oxu.Az "TRT Spor"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray"ın evdə "Yuventus"u 5:2 hesabı ilə məğlub etməsinə münasibət bildirərkən deyib. "Başda Okan Buruk olmaqla "Qalatasaray"ı və bütün qalatasaraylıları təbrik edirəm. Matçdan çox zövq aldıq. Qələbə önəmlidir, amma yaxşı oyun və xarakter nümayiş etdirərək qazanmaq da çox vacibdir", - deyə o vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər