Digər

Gürcüstan Rusiya ilə əlaqələri bərpa edir? - Kobaxidze

16 Feb 2026, 23:03 2 baxış
Gürcüstan Rusiya ilə əlaqələri bərpa edir? - Kobaxidze

Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlərin bərpası ilə bağlı müzakirə aparmayıb.


Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.


"Əlaqələrin bərpası ilə bağlı heç bir danışığımız olmayıb. Bu məsələdə yeni bir şey olarsa, ictimaiyyətə özümüz məlumat verəcəyik", - Kobaxidze vurğulayıb.


Qeyd edək ki, daha öncə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Gürcüstan arasında Abxaziya vasitəsilə dəmir yolu əlaqələrinin bərpası ehtimalının nəzərdən keçirildiyini bəyan etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər