İdman
"Ən-Nəsr" Asiya Çempionlar Liqasının finalında məğlub oldu, Ronaldu mükafatlandırma mərasiminə qatılmadı
AFC Çempionlar Liqası-2 turnirinin finalında Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu Yaponiyanın "Qamba Osaka" komandasına 0:1 hesabı ilə məğlub olub. Oxu.Az xəbər verir ki, qarşılaşma Ər-Riyadda yerləşən "Kingdom Arena" stadionunda keçirilib. Matçda yeganə qolu 30-cu dəqiqədə Türkiyə millisinin hücumçusu Deniz Hümmet vurub. Kriştiano Ronaldu bütün matçı meydanda olsa da, məhsuldar hərəkətlə yadda qalmayıb. Futbolçu məğlubiyyətdən sonra Asiya Çempionlar Liqasının mükafatlandırma mərasiminə qatılmayıb.
Mənbə
oxu.az