Siyasət

WUF13-də iştirak üçün Bakıya ən çox hansı ölkədən nümayəndə gəlib?

17 May 2026, 01:28 1 baxış
WUF13-də iştirak üçün Bakıya ən çox hansı ölkədən nümayəndə gəlib?
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən ən böyük nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına məxsusdur. Oxu.Az-ın məlumatına görə, forumda iştirak etmək üçün Krallıqdan Azərbaycana 311-dən çox nümayəndə gəlib. Bundan əlavə, forumla paralel şəkildə təşkil olunan ikinci ən böyük sərgi pavilyonu da məhz Səudiyyə Ərəbistanına məxsusdur. Sözügedən platformada ölkənin şəhərsalma və həyat keyfiyyətinin yüksəldilməsi sahəsində əldə etdiyi son nailiyyətlər, eləcə də qabaqcıl inkişaf modelləri nümayiş etdiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər