Şou biznes
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır" - VİDEO
Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı müğənni Cəmil Məmmədli olub. Din mövzusundakı qəlibləşmiş yanaşmalardan söz açan Cəmil Məmmədli inancı formal çərçivələrdən uzaq, bütöv bir həyat tərzi kimi xarakterizə edib:
"Biz hər şeyi çərçivələrə salmağı sevirik, dini də sekta kimi qəbul edənlər var. Halbuki təmizliyi, dürüstlüyü ilə Allahın buyurduğu prinsiplərlə yaşayan bir yapon da, əslində, müsəlman həyatı sürür, sadəcə, şəhadət gətirməyib. Öz mənəvi yoluma gəldikdə isə 12-13 yaşlarımdan namaz qılmağa başlamışam. 18 yaşımda müəyyən şübhə və suallarla üzləşsəm də, bir çoxları kimi ibadəti dayandırmadım. Əksinə, yoluma davam edərək araşdırdım və bütün suallarıma cavab tapdım". O, həmçinin mərhum atası ilə bağlı xatirələrindən bəhs edib: "Atamla aramızda çox yaxın bir dostluq var idi. Lakin o, aradakı hörmət pərdəsini elə gözəl qorumuşdu ki, nə mən həddimi aşırdım, nə də o, uşaqlaşırdı. Professor idi və hər şeyin yerini bilirdi. Mənə siqaret və içkini qadağan etməmişdi, amma elə tərbiyə vermişdi ki, onlara həmişə mənasız bir şey kimi baxırdım".

Mənbə
oxu.az