Digər

İran raketi İsraildə güclü partlayışa səbəb oldu - Video

17 May 2026, 01:15 2 baxış
İran raketi İsraildə güclü partlayışa səbəb oldu - Video

Qüdsün qərbində yerləşən Beyt Şemeş şəhərindəki hərbi zavodda partlayış və ardınca böyük yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.


Zavod “Hetz 2” və “Hetz 3” raketləri üçün gücləndiricilər, “Ophek” peykləri üçün mühərriklər və “Barek 8” və “Barek MX” raketləri üçün raket mühərrikləri daxil olmaqla ağır və yüngül raket mühərrikləri hazırlayan və istehsal edən “Tomer” şirkətinə məxsusdur.


Rəsmi versiyaya görə, bu, partlamamış İran raketinin idarə olunan şəkildə partladılması olub. Yerli sakinlər heç bir xəbərdarlıq almadıqlarını deyirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər