Digər
"X" sosial şəbəkəsinin işində irimiqyaslı nasazlıq baş verib
Fevralın 16-da "X" sosial şəbəkəsinin işində irimiqyaslı nasazlıq baş verib. Oxu.Az 24tv.ua-ya istinadən xəbər verir ki, istifadəçilər lentin, bildirişlərin və servisin digər funksiyalarının əlçatmazlığı barədə məlumat verirlər. Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, istər sayt, istərsə də mobil tətbiq qüsurla işləyir. Giriş cəhdi zamanı bəzi istifadəçilər qara fonda loqotip görürlər, digərləri isə tətbiqin "keş"inə yüklənmiş son versiyasına çıxırlar. Heç bir yenilənmə yüklənmir. İnternetdəki nasazlıqları izləyən "Downdetector" servisinin məlumatına görə, şikayətlər Bakı vaxtı ilə saat 17:12-dən daxil olmağa başlayıb. Hazırda bütün dünyadan 41 000-dən çox şikayət qeydə alınıb.
Mənbə
oxu.az