Siyasət
102-ci hərbi bazanın taleyi necə olacaq? - "Ermənistanın qərarı seçkidən sonra bilinəcək"
"Gümrüdə yerləşən Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının taleyi Ermənistanda bu ilin 7 iyununda keçiriləcək parlament seçkilərinin nəticələrindən sonra bəlli olacaq". Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Hikmət Babaoğlu sözügedən məsələni şərh edərkən deyib. O bildirib ki, bir neçə gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin qarşısında duran yeni çağırışlardan danışıb və mövcud vəziyyəti qiymətləndirərkən bir sıra məsələlərə toxunub:
"Bunlardan birincisi Azərbaycanla əlaqəli olan məsələdir. Biz normallaşmaya doğru gediriksə, Azərbaycan və Ermənistan arasında sülh imzalanacaqsa, gömrük keçid məntəqələrində, sərhədlərdə, nəqliyyat-kommunikasiya xətlərində məsuliyyəti üçüncü ölkə üzərinə götürməməlidir. Burada başqa dövlətlərin iştirakı olmamalıdır. Görünür, Ermənistan hiss edir ki, yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq. Buna görə Ermənistan hökuməti də Alen Simonyan vasitəsilə açıqlamalar verir. Həmçinin, maraqlı məqam ondan ibarətdir ki, hökumət diqqəti başqa yönə yönəldir. Qeyd edirlər ki, 2018-ci ildən Ermənistanda hakimiyyəti Rusiya formalaşdırmır. Hökumət üzvləri ölkənin milli maraqları əsasında təyin olunur. Bununla da sözügedən ölkə üstüörtülü mesaj verir". Deputat vurğulayıb ki, Ermənistan tərəfi öncəliklə sözügedən məsələ ilə bağlı Rusiyadan xahişlər edə, lazım olduqda isə zəruri tədbirlər görə bilər: "Hazırda Ermənistan tərəfinin mövqeyi ondan ibarətdir ki, Gümrü hərbi bazasının ölkədən çıxarılması məqsədəuyğun deyil. Lakin Ermənistanın maraqları nəyi tələb edəcəksə, Rusiya ilə də münasibətlər bu istiqamətdə formalaşdırılacaq. Bu məsələlərin baş tutması üçün baş nazir Nikol Paşinyanın komandasının yenidən parlament seçkilərində qələbə qazanması lazımdır. Hər şey də bu seçkilərdən sonra bəlli olacaq. Gümrüdə yerləşən hərbi bazanın taleyi də seçkilərin nəticələrindən sonra müəyyənləşəcək. Hazırda Simonyan da bu barədə danışmağa ehtiyat edir. Hər bir halda, bizi maraqlandıran əsas məsələ sülh sazişindəki bütün müddəaların real müstəvidə yerinə yetirilməsi və Ermənistanın götürdüyü öhdəliklərə əməl etməsidir". Məlik Məlikov

Mənbə
oxu.az